AZ

Qurban Məmmədov və həyat yoldaşı məhkəməyə verilib

Qurban

Londonda mühacir kimi yaşayan Qurban Məmmədov və həyat yoldaşı Mehbarə Məmmədova məhkəməyə verilib.

Məlumata görə, “Atlant-İnşaat” tikinti şirkəti Qurban Məmmədov barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Buna səbəb alqı-satqı müqaviləsi üzrə mübahisələr olub. İddia ərizəsində onlardan başqa bir neçə nəfərin adı da var.

İşə hakim Məhəmməd Rüstəmlinin sədrlik etdiyi heyət tərəfindən baxılacaq. Məhkəmənin tarixi hələlik məlum deyil.

Bundan əvvəl işə Nərimanov Rayon Məhkəməsində baxılıb. MMC iddia ərizəsində yaşayış sahəsi üzrə alqı-satqı müqavilələrinin düzgün aparılmadığını göstərib. Qərardan razı olmayan şirkət Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

Qeyd edək ki, Qurban Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşıdır(Modern).
Seçilən
0
3
reyting.az

4Mənbələr