AZ

Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın və Qvineya-Bisaunun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzaladıq. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu mexanizmin olması, mütəmadi əsasda siyasi məsələhləşmələrin keçirilməsi dolğun məlumatların qarşılıqlı şəkildə verilməsi baxımından əhəmiyyətlidir.

Nazir deyib ki, görüşdə Cənubi Qafqaz bölgəsində gedən proseslər, postmünaqişə dövrü, işğaldan azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Seçilən
50
3
sia.az

4Mənbələr