Vəzifəsinə yeni başlayan və ilk səfərini Ukraynanın paytaxtı Kiyevə edən Avropa İttifaqı Şurasının sədri Antonio Kosta Ukrayna prezidenti Volodimir Zelenski ilə mətbuat konfransı keçirib.
Kosta , "Vəzifəyə gəldiyimiz ilk gündə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas və Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos ilə birlikdə Kiyevdə oldum" ,- deyə qeyd edib.
Bunun Aİ-nin Ukraynaya dəstəyini göstərdiyini xatırladan Kosta , "Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinə hörmət edilməlidir",- deyə vurğulayıb.
Mövsüm