1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
2024-cü ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin arxada qalan 11 ayında milli komanda və qitə kuboklarında 8 və ya daha çox qol vuranların siyahısını tərtib edib.
Cədvəldə 55 oyunçu yer alıb. Planetin ən məhsuldar futbolçusu Ayub El-Kaabidir. 19 dəfə fərqlənən hücumçu "Olimpiakos"da 15, Mərakeş millisində dörd qola sevinib.
İkinci yerdə olan onun həmyerlisi Sofian Rahimi də eyni göstəricilərə malikdir. O, millidə dörd, "Əl-Əyn" klubunda 15 dəfə rəqib qapısına yol tapıb.
İlk üçlüyü "Mançester Siti"nin ulduz futbolçusu Erlinq Holand tamamlayır. O, 17 qola sevinib. Norveç millisində 11 dəfə fərqlənən hücumçu "Mançester Siti"də altı qol vurub.
Eyni sayda qol vuran Viktor Qyökereş millidə az fərqləndiyi üçün dördüncüdür. O, İsveç millisində 10, "Sportinq"də yeddi dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, türkiyəli Kerem Aktürkoğlu səkkiz qolla dünyada 50-cidir.