AZ

Hulusi Akar: "Suriyadakı hadisələr Türkiyənin iradəsindən kənarda başlayıb..." - "Əsəd zamanında bizimlə birgə olsaydı..."

Xəbər verdiyimiz kimi, noyabr ayının 27-dən Bəşər Əsəd rejiminə qarşı başlayan silahlı hücuma Türkiyənin sabiq müdafiə naziri, hazırdsa parlamentin Müdafiə Komitəsinin sədri olan Hulusi Aklar maraqlı şərh verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Suriyada başlayan son hadisələrin Türkiyə ilə bağlı olmadığını iddia edib.

Hulusi Akarla TV100-ə müsahibəsində deyib ki, Suriyadakı müxalifət Türkiyənin iradəsi ilə deyil, öz iradələri ilə hərəkət edirlər: "Zamanında əgər Bəşər Əsəd bizimlə əməkdaşlıq etsəydi, indi belə vzəiyyət yaranmazdı. Qaldı Hələbi ələ keçirən qruplaşmaya, HŞT-nin bizimlə bağlılığı yoxdur".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
11
mia.az

1Mənbələr