AZ

Bir asteroid 10 kvintilyon dollardır

Bir

Asteroidlər böyük sərvəti ehtiva edir. Mütəxəssislər bildirirlər ki, kosmik daşın, yəni bir asteroidin qiyməti 10 kvintilyon dollardır.

Reyting.az
-ın məlumatına görə, asteroidlər ən çox dəmir, titan, nikel, kobalt, platin qrupu metallar, qızıl, manqan mənbəyi olan silikat minerallar və karbon birləşmələrindən ibarət olur.

"UniverseToday" nəşri yazır ki, ABŞ-nın startapı "AstroForge" tərəfindən maliyyələşdirilən layihənin üzərində artıqillərdir çalışan elm adamları asteroidlərdə hansı metalların tapıla biləcəyini, onların əsl dəyərinin nə olduğunu elmi baxımdan müəyyən etməyə çalışıblar. Alimlərin fikrincə, bu cür kosmik tərkibli metallar iki kateqoriyaya bölünürlər, yəni mədən, həmçinin yerə gətirməkdən ötrü sərfəli olanlar və kosmosda daha yaxşı istifadə edilənlər.

Tədqiqatçıların qeyd etdiyi kimi, birinci qrupa rodium və platin daxildir. İkinci qrupda isə daha az qiymətli metallardır: dəmir, alüminium, maqnezium. Bu metallardan hətta kosmosda obyektlərin qurulması prosesində istifadə etmək mümkündür.

Bir çox asteroidin tərkibində buz da var. Sözsüz ki, bunlardan elementlərə ayrıldıqda kosmik ekipajların nəfəs alması üçün oksigen, həm də raket yanacağı üçün hidrogen əldə etmək olar.

Mütəxəssislər bildirirlər ki, onlardan ötrü hazırda ən önəmli, həmçinin maraqlı mövzu "metal külçələr"-dir. Elm adamları qeyd ediblər ki, asteroidlərin tərkibində yerüstü filizlərdən əhəmiyyətli dərəcədə yüksək konsentrasiyalarda platin də ola bilər.

Ümumilikdə asteroidlərdə mədənçilik bahalı prosesdir. Ancaq bunun üçün hələ kosmosda lazım olan texnologiya və infrastruktur yoxdur.

Oqtay QORÇU
Seçilən
13
reyting.az

1Mənbələr