AZ

Gürcüstanda etirazlar davam edib

Gürcüstan müxalifəti hakimiyyətin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurmaq qərarına etiraz edib. Bu dəfə polis Tbilisinin əsas küçələrindən birini Rustaveli prospektini qabaqcadan bağlayıb, lakin bu, insanların toplaşmasına mane olmayıb. Bu barədə BBC yazır.

Gürcüstan parlamenti yaxınlığında polislə nümayişçilər arasında baş verən qarşıdurma su şırnaqlarından güclü istifadə ilə yadda qalıb. Bu yolla polis etirazçıları parlamentin polad qapılarından uzaqlaşdırmağa və parlamentin yaxınlığındakı ara küçələrdə xüsusi təyinatlılar ilə insanlar arasında bufer yaratmağa çalışıb.

Batumidə bir neçə min insan küçələrə çıxıb. İnsanlar həbslərə etiraz əlaməti olaraq şəhər məhkəməsinin binasına yürüş ediblər.

Oxuməni.az

Seçilən
18
oxumeni.az

1Mənbələr