AZ

Andrey Rudenko: "Rusiya Suriya məsələsi ilə bağlı Türkiyə və İranla üçtərəfli görüşü istisna etmir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Moskva Suriyadakı vəziyyətlə bağlı İran və Türkiyə nümayəndələri ilə sıx əlaqə saxlayır və ərəb respublikasında nizamlanma üzrə müvafiq tərəfdaşlarla üçtərəfli görüşü istisna etmir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə müsahibəsində deyib.
"Biz hazırda Suriyadakı vəziyyətlə bağlı bütün əsas oyunçularla, o cümlədən İran və Türkiyə nümayəndələri ilə sıx, müntəzəm əlaqə saxlayırıq. Mən heç nəyi istisna edə bilmərəm. Belə bir görüşün Rusiyada baş tutması mütləq olmaya bilər, nəzərdə saxlayın. Belə bir görüşü istisna etmək olmaz", - deyə nazir müavini Suriyada nizamlanma üzrə üçtərəfli görüşlərin perspektivlərini şərh edərkən bildirib.
Seçilən
8
50
oxu.az

10Mənbələr