Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.
Sportal.az xəbər verir ki, sözügedən komanda XVII turda səfərdə “Krumovqrad”la qarşılaşıb.
Matç qolsuz bərabərliklə başa çatıb.
Cəlal bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.“Arda” 17 turdan sonra 31 xalla 6-cı sıradadır.
saytlarin hazirlanmasi