AZ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət istiqamətləri genişləndirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət istiqamətləri genişləndirilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Nazirliyin fəaliyyət istiqamətlərinə aşağıdakılar daxil edilib:

- rəqəmsal texnologiyaların tətbiqi üzrə prioritetlərin müəyyən edilməsi, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, mövcud informasiya infrastrukturunun davamlı texnoloji inkişafına nail olunması, eləcə də dövlət xidmətlərinin və idarəetmə proseslərinin rəqəmsal mühitdə təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür”;

- mülki aviasiya hadisələri ilə əlaqədar axtarış və xilasetmə işlərinin təşkilində və əlaqələndirilməsində iştirak edir.

- aidiyyəti dövlət qurumları ilə birlikdə internet idarəçiliyinin həyata keçirilməsi, habelə televiziya və radio yayımının, efir məkanının informasiya təhlükəsizliyinin və radiospektr idarəçiliyinin təmin edilməsi, eləcə də qlobal kiberhücumların qarşısının alınması ilə bağlı tədbirlər görür.

Seçilən
12
3
apa.az

4Mənbələr