21-30 dekabr tarixlərində Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkənin müxtəlif bölgələrindən olan fermerlər təsərrüfatlarında yetişdirdikləri məhsulları Yeni il yarmarkasında satışa çıxara biləcəklər. Fermerlər yarmarkada iştirak üçün yer, piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında təşkil olunacaq yarmarka 10 gün müddətində fasiləsiz davam edəcək.