AZ

"Çelsi" təyyarədən düşüb avrokubok matçına çıxacaq

Londonun “Çelsi” klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Astana” ilə görüşə məşqsiz çıxacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı "Meta-ratings" yayıb.

Mənbənin məlumatına görə, İngiltərə nəhəngi Almatıya oyun günü uçacaq. Mövsümün gərgin qrafiki ilə bağlı "Çelsi" Qazaxıstanda oyunöncəsi məşq keçirməkdən imtina etmək qərarına gəlib. Komanda dekabrın 12-də, oyun günü Almatıya gələcək.

Xatırladaq ki, “Astana” – “Çelsi” görüşü dekabrın 12-də Almatı şəhərinin Mərkəzi Stadionunda baş tutacaq. Oyun saat 19:30-da başlayacaq. 

Mirağa

Seçilən
10
fanat.az

1Mənbələr