Tbilisidə etiraz aksiyaları zamanı müxalifətin “Girchi – More Freedom” partiyasının sədri Zurab Caparidze saxlanılıb.
Editor.az bildirir ki, bu barədə yerli “Ambebi” portalı xəbər verir. “Rustavi 2” və “1tv.ge” televiziya şirkətləri qeyd edirlər ki, müxalifətçinin saxlanılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır. Gürcüstan Daxili İşlər Nazirliyi vəziyyətlə bağlı hələlik şərh verməyib.
Caparidze paytaxtın Çavçavadze prospektindəki Vake rayonunda saxlanılıb. Burada etirazçılar parlament binası yaxınlığında gecə mitinqindən sonra polis tərəfindən qovulub. Zurab Caparidzenin saxlanmasından əvvəl polislə etirazçılar arasında qarşıdurma olub. Hazırda Çavçavadze prospektində yalnız patrul polisi və bir neçə mitinq iştirakçısı qalıb.
//Samir Qurbanov, Editor.az