AZ

Oksford lüğəti ilin sözünü seçib

“Oxford Dictionary” bu il ən çox istifadə edilən və cəmiyyətdə maraq oyadan sözü seçib.

Busaat.az xəbər verir ki, bu söz sosial medianın lazımsız və əyləncə məqsədli istifadəsi ilə bağlı istifadə edilən “beyin çürüməsi” söz birləşməsi olub.

Belə ki, lüğətin əməkdaşları  37 mindən çox insanın iştirakı ilə 6 namizəd söz arasından ilin sözünü müəyyən edib.

Qeyd edək ki, “beyin çürüməsi” sözünün lüğət mənası “əhəmiyyətsiz və məcburedici olmayan məzmunun həddindən artıq istehlakı nəticəsində insanın psixi vəziyyətinin və intellektual vəziyyətinin pisləşməsi” kimi müəyyən edilib.

 

Zeyd Bağırzadə

Seçilən
136
1
busaat.az

2Mənbələr