Kamçatkada 5,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb. Seysmik hadisənin episentri Petropavlovsk-Kamçatskidən 155 kilometr şimal-şərqdə, Kronotski körfəzində yerləşib. "Zəlzələ dekabrın 2-də səhər saatlarında 58 km dərinlikdə baş verib", - məlumatda deyilir. Departament qeyd edib ki, Petropavlovsk-Kamçatskinin bəzi ərazilərində yeraltı təkanlar 2 bal gücündə hiss olunub. Ekspertlər sunami təhlükəsi elan etməyiblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta