AZ

Hakan Fidan NATO toplantısında iştirak edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan dekabrın 3-4-də NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

"Cebheinfo.az" xəbər verir ki, İordaniya kralı II Abdullahın iştirakı ilə keçiriləcək toplantının ilk günündə Yaxın Şərqdəki böhran və NATO ilə İordaniya arasında əməkdaşlıq müzakirə olunacaq.

Xarici işlər naziri Hakan Fidan sessiyada Suriyadakı mövcud çoxşaxəli problemlərin, xüsusilə də terror ünsürlərinin mövcudluğunun qeyri-sabitliyi təşviq etməkdə davam etdiyini, NATO-nun cənub-şərq qanadını təşkil edən Türkiyənin mövqeyini dəstəkləməyin vacib olduğunu, bölgədə qeyri-sabitliyin yayılmasının qarşısını almaq və Türkiyənin Suriyaya verdiyi dəstəyin Türkiyədəki inkişafları ölkənin ərazi bütövlüyü və birliyinin qorunması, terrorla mübarizə baxımından təqib etməyə davam etdiyini vurğulaması gözlənilir.

Xüsusilə İsrailin törətdiyi hərbi cinayətlər, Qəzzadakı humanitar faciə ilə əlaqədar İsrail-Fələstin məsələsi ilə bağlı fikirlərini bölüşməsi gözlənilən Türkiyənin xarici işlər naziri Hakan Fidan, Orta Şərqdəki böhran və müharibələrin yan təsirlərinə diqqət çəkməsi, eləcə də NATO ilə İordaniya arasında əməkdaşlığın inkişafına dəstəyini təkrarlayacağı nəzərdə tutulur.

Seçilən
2
3
cebheinfo.az

6Mənbələr