AZ

Kredit götürən və ödəyə bilməyən müştərilərən çox hansı rayonlardadır?

Bu ilin 1 noyabr tarixinə olan məlumata əsasən, Azərbaycan banklarının milli valyutada verilmiş cəmi kredit portfeli 22,5 milyard manat təşkil edib.

Valyuta.az xəbər verir ki, ən çox kredit  Bakı şəhərində verilib. Paytaxtda milli valyutada verilmiş kreditlərin ümumi məbləği 16,4 milyard manat təşkil edir. Böyük şəhər və iqtisadi mərkəz olaraq Bakı həm əhali sayı, həm də müxtəlif iqtisadi fəaliyyət sahələrinin inkişafı ilə diqqət çəkir.

İkinci yerdə olan Sumqayıt şəhərində milli valyutada verilmiş kreditlərin ümumi məbləği 698,9 milyon manat təşkil edib.

Gəncə şəhəri də milli valyutada verilmiş kreditlər üzrə yüksək məbləğə malikdir. Bu şəhərdə verilmiş kreditlərin həcmi 635,5 milyon manat təşkil edir.

Naxçıvan şəhəri isə 362,7 milyon manatla 4-cü sırada yer alır.

Abşeron rayonu 262 milyon manatla 5-ci, Lənkəran 261,6 milyon manatla 6-cı, Bərdə rayonu 234 milyon manatla 7-ci sırada yer alır.

Mingəçevir şəhəri 187,6 milyon manatla 8-ci, Xaçmaz rayonu isə 175,6 milyon manatla 9-cu sırada yerləşir. İlk onluğun sonuncu pilləsini Şəmkir rayonu 169,2 milyon manatla tutur. Bu da rayonun iqtisadi inkişafını, xüsusən də kənd təsərrüfatı sahəsindəki artımı əks etdirir.

Milli valyutada kredit verilən ən az bölgə isə Xankəndi şəhəridir. Bu şəhərdə verilmiş kreditlər cəmi 600 min manat təşkil edir.

2024-cü ilin noyabrın 1-nə Azərbaycanda problemli kreditlər 425 milyon manat təşkil edib.

Ölkə üzrə problemli kreditlərin də əksər hissəsi – 325 milyon manatı Bakı şəhərinin payına düşür.

Digər şəhər və rayonlarda problemli kreditlərin həcmi:

Sumqayıt şəhəri: 14 milyon manat

Gəncə şəhəri: 11,5 milyon manat

Zaqatala rayonu: 7,3 milyon manat

Abşeron rayonu: 4,5 milyon manat

Şəmkir rayonu: 4,4 milyon manat

Naxçıvan şəhəri: 4,4 milyon manat

Yevlax rayonu: 4 milyon manat

Bərdə rayonu: 3,1 milyon manat

Neftçala rayonu: 3 milyon manat

Xaçmaz rayonu: 2,9 milyon manat

Quba rayonu: 2,8 milyon manat

Tovuz rayonu: 2,8 milyon manat

Lənkəran rayonu: 2,7 milyon manat

Salyan rayonu: 2,7 milyon manat

Şirvan şəhəri: 2,3 milyon manat

Mingəçevir şəhəri: 2.0 milyon manat

Cəlilabad rayonu: 1.9 milyon manat

Şəki rayonu: 1.8 milyon manat

Qazax rayonu: 1.3 milyon manat

Şabran rayonu: 1.3 milyon manat

Digər şəhər və rayonlar:

İmişli, Ağcabədi, Göyçay və Masallı rayonları: hər biri 0,9 milyon manat hər biri

İsmayıllı, Kürdəmir, Ağdaş, Saatlı, Ağstafa və Sabirabad rayonları: hər biri 0,8 milyon manat (hər biri)

Qəbələ, Qusar, Goranboy rayonları: hər biri 0,7 milyon manat

Şamaxı, Tərtər rayonları: hər biri 0,6 milyon manat

Biləsuvar, Siyəzən, Göygöl rayonları: hər biri 0,5 milyon manat

Beyləqan, Hacıqabul, Ucar, Gədəbəy rayonları: hər biri 0,4 milyon manat

Ağsu, Zərdab, Culfa, Samux rayonları: hər biri 0,3 milyon manat

Füzuli, Astara, Balakən, Qax, Kəngərli rayonları: hər biri 0,2 milyon manat

Qobustan, Ağdam, Daşkəsən rayonları: hər biri 0,2 milyon manat

Lerik, Yardımlı, Oğuz, Şərur, Naftalan şəhəri: hər biri 0,1 milyon manat. 

©Modern. Az

Seçilən
11
3
valyuta.az

4Mənbələr