1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Gürcüstan millisinin və Fransanın "Lion" komandasının futbolçusu Jorj Mikautadze qarət olunub.
Oxu.Az xəbər verir ki, hadisə Liqa 1-in XIII turunun "Nitsa" ilə oyunundan (4:1) sonra baş verib.
Evinin qarşısında 24 yaşlı hücumçuya yaxınlaşan iki naməlum şəxs onun bahalı saatını və pulunu alıb. İddiaya görə, cinayətkarlardan birinin üzərində silah olub. Hadisə nəticəsində futbolçu xəsarət almayıb. İnsidentlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Jorj Mikautadze noyabrın 28-də UEFA Avropa Liqasının Liqa mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirilmiş V tur oyununda (4:1) Ağdam təmsilçisinin qapısına 2 qol vurmuşdu.