AZ

21 nəfər bu partiyanın səlahiyyətli nümayəndəsi oldu

Vətəndaş Həmrəyliyi Partiyasından bələdiyyə seçkiləri üçün səlahiyyətli nümayəndələrin adları MSK-ya təqdim edilib.

Oxu24.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bu gün keçirilən iclasda bildirib.

“Təqdim edilmiş şəxslər partiyanın səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb. VHP-dən bələdiyyə seçkilərində 21 nəfər şəxs səlahiyyətli nümayəndə, 1 nəfər şəxs isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib”.

Qeyd edək ki, ölkə üzrə bələdiyyə seçkiləri 2025-ci ilin yanvarın 29-da keçiriləcək

Seçilən
1
4
oxu24.com

5Mənbələr