"İnsanların yaşayış durumu get-gedə pisləşir. Çünki bir tərəfdən bahalaşma gedir, pensiya və maaşlar azdır".
News24.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist - teleaparıcı Tural Ozanın layihəsi olan "44 dəqiqə"nin növbəti qonağı dosent Rəşid Mahmudov deyib.
"Məsələn, veterana 80 manat verirlər. 80 manatla nə edə bilərsən?! Heç bir iş görmək olmaz. Azərbaycan belə yaşamalı deyil, Azərbaycan xalqının yaxşı yaşamağa haqqı var. Deputatlar gərək çox çalışıb, insanlara kömək etsinlər".
Daha ətraflı linkdə:
Günel Məlikzadə