Fransanın “Lion” klubunun hücumçusu Georges Mikautadze qarət olunub.
“Qafqazinfo” xəbər verir ki, hadisə onun komandasının “Nitsa” üzərində 4:1 hesablı qələbə qazandıqları matçdan sonra baş verib.
Matçdan çıxandan sonra iki silahlı şəxs gürcü forvardı hədələyərək onları evinə aparmasını istəyib. Həmin şəxslər futbolçunun saatını, bahalı gödəkçəsini götürüblər. Ümumilikdə ondan 250 min avroluq əşyalar alınıb.