AZ

Astarada axtarılan 14 yaşlı oğlanın asılmış meyiti tapıldı

Astarada ötən gecədən axtarılan yeniyetmənin meyiti tapılıb.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib. Kənd sakini, 2010-cu il təvəllüdlü Namik Şamil oğlu Həsənov ötən gecədən qohumları tərəfindən axtarılıb. Nənəsi ilə qalan Namik bu gün qaldığı evin həyətində asılmış vəziyyətdə tapılıb. 
Yaxınlarının deməsinə görə o, tərbiyəli, nizam-intizamlı uşaq idi. Onun bu addımı atması müəmmalıdır. 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, N.Həsənovun 1 qardaşı və 1 bacısı da var.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
1
3
avtosfer.az

10Mənbələr