AZ

İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın cənubunda əməliyyat keçirib

İsrail Müdafiə Qüvvələri atəşkəs razılaşmasına baxmayaraq, Hizbullahın hərəkətlərinə cavab olaraq Livanın cənubunda əməliyyat keçirib.

APA İsrail Müdafiə Qüvvələrinə istinadən xəbər verir ki, məlumatda qeyd edilib ki, bu əməliyyat çərçivəsində İsrail Müdafiə Qüvvələri Hizbullahın Bekaadakı raket istehsalı obyekti ərazisindəki bir neçə hərbi nəqliyyat vasitəsini hədəf alıb.

“Suriya-Livan sərhədinə bitişik Hermel bölgəsində silah qaçaqmalçılığı üçün istifadə edilən terror infrastruktur obyektlərinə zərbələr endirilib ki, bunlar da İsrail dövləti üçün təhlükə yaradır və atəşkəs razılaşmalarını pozurdu”, - məlumatda deyilir.

İDF əməliyyat vaxtı yaralanan Livan ordusunun əsgəri ilə bağlı məlumatlı olduqlarını və məsələnin araşdırıldığını qeyd edib.

Seçilən
1
6
azpolitika.info

10Mənbələr