AZ

Seçkilərə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək - Məzahir Pənahov

Ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək.

Day.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib

O bildirib ki, əgər MSK-ya bu barədə özləri müraciət etsələr, bu barədə qərar qəbul olunacaq:

"Amma kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Lakin biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir", - deyə sədr qeyd edib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.

Seçilən
3
31
day.az

10Mənbələr