AZ

PFL Azərbaycan Kubokunun 1/8 finalının bəzi oyunlarında VAR sisteminin olmamasına aydınlıq gətirib

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bəzi oyunlarında VAR sisteminin olmamasına aydınlıq gətirib.

Bu barədə “Far.Az”a qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev açıqlama verib.

O, bunu VAR maşınları ilə bağlı çatışmazlıqlarla əlaqələndirib:

“Məlum olduğu kimi, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları dekabrın 3-4-də keçiriləcək. Bir gündə “CBC Sport” telekanalı vasitəsilə maksimum 2 canlı yayım təşkil edə və başqa sözlə, 2 VAR maşınından yararlana bilərik. Ümumi müzakirələrdən sonra qeyd olunan məlum matçlarda VAR sisteminin tətbiqi qərara alınıb”.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final oyunları dekabrın 3-4-də keçiriləcək. Mərhələnin 8 matçından yalnız 4-də VAR sistemi tətbiq olunacaq.

Seçilən
4
1
far.az

2Mənbələr