AZ

Nail Kəmərlinin evindən oğurluq etmək istəyən şəxslə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) bloger Nail Kəmərli evindən oğurluq etmək istəyən şəxslə bağlı açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytentantı Elbrus İbrahimov bildirib ki, görüntülər yenidən izlənilib və bununla bağlı araşdırmalara başlanılıb:

"Məlumat üçün bildirək ki, məsələ ilə bağlı artıq polis əməkdaşları araşdırmalara başlayıblar. Kamera görüntüləri təkrar izlənilib. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək".

Seçilən
3
1
operativmm.az

2Mənbələr