“Qarabağ”a iki qol vuran futbolçunun evinə basqın oldu
“Lion”nun gürcü futbolçusu Jorj Mikautadze silahlı basqına məruz qalıb.
Demokrat.az xəbər verir ki, dünən gecə saatlarında 2 naməlum şəxs futbolçunun evinə girib.
Onlar silahla hücumçunu təhdid ediblər.
Oğruların Mikautadzeyə fiziki zərər vermədiyi bildirilir. Amma maskalı şəxslər onun 250 min avro dəyərində olan saatını, dəri əşyalarını və qızıllarını oğurlayıblar. Polislər hadisəni törədənlərin axtarışına başlayıblar.