AZ

“Intel” baş direktorunu işdən çıxardı


“Intel”in baş direktoru Pat Gelsinger dekabrın 1-də vəzifəsini tərk edərək şirkətin direktorlar şurasından istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Intel”in dekabrın 2-də yaydığı press-relizdə deyilir.
Yeni CEO seçilənə qədər şirkətə müvəqqəti olaraq “Intel” vitse-prezidenti və baş maliyyə direktoru David Zinsner və “Intel Products”ın baş direktoru Mişel Conston Holthaus rəhbərlik edəcək. “Intel”in idarə heyətinin müstəqil sədri Frank Qodey keçid dövrü üçün müvəqqəti icraçı sədr vəzifəsini icra edəcək.
Qeyd edək ki, Pat Gelsinger 1979-2009-cu illərdə “Intel”də çalışıb və 2021-ci ilin fevralında şirkətə qayıdıb, onun baş direktoru olub. “Intel”ə rəhbərlik etdikdən sonra Gelsinger yenidən təşkil və xərclərin azaldılması proqramına başlayıb.
Seçilən
26
5
yeniavaz.com

6Mənbələr