Bloqer Nail Kəmərli (Nail Babayev) evindən oğurluq etmək istəyən şəxsin görüntülərini yayıb.
Demokrat.az Baku.ws-ə istinadən xəbər verir ki, Kəmərli qeyd edib ki, naməlum şəxs binaya daxil olaraq qonşulardan birinin çöldə olan ayaqqabısını oğurlayıb. Daha sonra onu öz ayaqqabısı ilə dəyişərək bloqerin evinə yaxınlaşıb.
Sözügedən şəxsin siması da videoda görüntülənib.
Bloqer bu barədə paylaşım edərək vətəndaşları diqqətli olmağa çağırıb:
“Qapılarınızı açıq qoymayın, evlərinizin önünə kameralar yerləşdirin, tanımadığınız şəxslərə qapını açmayın”.
Daxili İşlər Nazirliyi (DİN) Nail Kəmərlinin evindən oğurluq etmək istəyən şəxslə bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, görüntülər yenidən izlənilib və bununla bağlı araşdırmalara başlanılıb:
“Məlumat üçün bildirək ki, məsələ ilə bağlı artıq polis əməkdaşları araşdırmalara başlayıblar. Kamera görüntüləri təkrar izlənilib. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”.