AZ

Şəkidə bir ailənin dörd üzvü qazdan zəhərləndi

Şəki rayonu Kiş kəndində bir ailənin 4 üzvü zəhərlənib.

Oxu.Az xəbər verir ki, 1994-cü il təvəllüdlü Taryel Abdullayev, həyat yoldaşı 1993-cü il təvəllüdlü Billur Abdullayeva və onların 2 azyaşlı övladları dəm qazının toksiki zəhərlənməsi ilə xəstəxanaya müraciət ediblər.

Tibbi yardımdan sonra onların vəziyyətləri stabilləşib. Hazırda müalicələri Şəki Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Seçilən
3
6
demokrat.az

7Mənbələr