AZ

Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub

Mahaçqala məhkəməsi terror şəbəkəsi yaratmaqda və partlayıcı maddələr hazırlamaqda şübhəli bilinən Dağıstanın beş sakinini həbs edib.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsindən bildirilib.

"Mahaçqalanın Sovet rayon məhkəməsi respublikanın beş sakini barəsində həbs qətimkan tədbiri seçib", - məlumatda qeyd olunub.

Ali Məhkəmənin məlumatına görə, terror cəmiyyəti yaratmaq və partlayıcı maddələr hazırlamaq da daxil olmaqla bir sıra maddələr üzrə cinayət işləri açılıb.
Seçilən
2
6
7news.az

7Mənbələr