Astarada yeniyetmə intihar edib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib.
Belə ki, ötən gecədən axtarılan, 2010-cu il təvəllüdlü Namik Şamil oğlu Həsənovun meyiti həyətdə asılı vəziyyətdə tapılıb.
Nənəsi ilə birgə yaşayan yeniyetmənin intihar səbəbi məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.