AZ

Əsəd Ərdoğana verdiyi cavabların bədəlini ödəyir – Davudoğlu

Bakı, TurkicWorld

Türkiyənin sabiq Baş nazir və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu jurnalist Cüneyt Özdəmirin “YouTube” kanalında yayımlanan efirdə Suriyadakı son hadisələr və baş nazirlik dövründə baş verənlərlə bağlı açıqlamalar verib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, “Əsəd cənab Ərdoğanın çağırışlarına təkəbbürlə cavab verdi” deyən Davudoğlu, prezident Rəcəb Tayyib Ərdoğanın Suriya prezidenti Bəşər Əsədə dialoq çağırışları və aldığı mənfi cavablara toxunub.

“Əsəd indi müəyyən mənada bu təkəbbürlü cavabların bədəlini ödəyir” deyən Davudoğlu, “Əgər Əsəd Türkiyə ilə razılaşaraq həll yolu axtarsaydı, hələ də Dəməşqdəki təsirli mövqeyini qoruyub saxlayacaqdı” – deyə bildirib.

Əsədin “öz xalqı ilə döyüşməyə üstünlük verdiyini” deyən Davudoğlu, son günlər müxalif silahlıların nəzarətinə alınan Hələbin “Suriya məzhəb rejiminə qarşı” olduğunu bildirib.

Qedy edək ki, Davudoğlu xüsusilə baş nazir olduğu dövrdə Suriya siyasətinə görə tez-tez tənqid olunurdu.

Suriyada səkkiz ildən sonra noyabrın 27-də səhər sübh saatlarında Hələb vilayətinin qərb bölgəsində şok hücuma keçən Heyət Təhrir əş-Şamın (HTŞ) başçılıq etdiyi müxalif silahlılar səkkiz ildən sonra Suriya qüvvələri ilə döyüşərək, Hələbdə nəzarəti ələ alıblar.

Hələbin qərb çölündən mərkəzə doğru irəliləyən silahlı müxalifət noyabrın 29-na keçən gecə Hələbin mərkəzi də daxil olmaqla böyük hissəsini və daha sonra yol boyu onlarla kənd və qəsəbəyə nəzarəti ələ keçiriblər.

Seçilən
20
turkic.world

1Mənbələr