Şəkidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
Hadisə bu gün günorta saatlarında rayonun Kiş kəndində baş verib.
Kiş kənd sakinləri - 1994-cü il təvəllüdlü Taryel Məhəmməd oğlu Abdullayev, 1993-cü il təvəllüdlü Billur Məmmədrəsul qızı Abdullayeva, 2019-cu il təvəllüdlü Fərid Taryel oğlu Abdullayev və 2024-cü il təvəllüdlü Məhəmməd Taryel oğlu Abdullazadə dəm qazından zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə daxil olublar.
Xəstəxanada tibbi yardımdan sonra onların vəziyyəti stabilləşib. Hazırda müalicələri Şəki RMX-da davam etdirilir.
Faktla bağlı araşdırma aparılır./APA
Tarix: 2 Dekabr 2024, 20:44