AZ

“Hizbullah” atəşkəs başlayandan bəri ilk dəfə İsrailə raket zərbələri endirib

“Hizbullah” atəşkəsdən sonra ilk dəfə İsrailin şimalındakı Dov dağına iki raket atıb.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Raketlərin yaşayış olmayan əraziyə düşdüyü bildirilir. İnsan tələfatı ilə bağlı isə məlumat verilməyib.

Qeyd edək ki, İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra ilk atəşkəs haqqında razılaşma noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.

İsrailin müdafiə naziri İsrael Katz “Hizbullah”ın raket hücumuna sərt cavab verəcəklərini açıqlayıb.

Seçilən
30
4
apa.az

8Mənbələr