ABŞ administrasiyası Ukraynaya piyada əleyhinə minalar da daxil olmaqla 725 milyon dollar dəyərində daha bir silah paketi göndərməyə hazırlaşır.
APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Nəşrin məlumatına görə, hərbi yardım paketinə həmçinin dron əleyhinə sistemləri və HIMARS yayılım atəşi sistemləri üçün sursatlar daxil olacaq.
Nəşrin mənbələri ATACMS taktiki ballistik raketlərinin paketə daxil edilib-edilməyəcəyi haqda məlumat verməyib.