Şuşa şəhərində İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi keçirilib.
Tədbirdə İƏT-ə üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak edir.
Gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov tədbirin əhəmiyyəti və Şuşanın tarixi haqqında məlumat verib:
"Sizləri İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı"nın bağlanış mərasiminin salamlama tədbirində görməkdən qürur duyuruq. İslam ölkələrinin gənclərinin Azərbaycana səfəri dekabrın 1-6-sı tarixlərini əhatə edəcək".