Polşanın ən böyük sağyönümlü partiyası olan “Hüquq və Ədalət” tərəfindən dəstəklənən prezidentliyə namizəd Karol Navrotski neonasistlərlə əlaqədə ittiham olunur.
Viral.az xəbər verir ki, bunu Donald Tuskun “Vətəndaş təşəbbüsü” partiyasını təmsil edən Avropa Parlamentinin üzvü Dariuş Yonski bildirib.
“Navrotski Vesterplatte abidəsi ərazisində tədbirin təşkilini neonasist köklərə malik olan qrupa həvalə edib. Bu, yolverilməzdir”, – o qeyd edib.
Son Yazılar:
- Polşa prezidentliyinə namizəd neonasistlərlə əlaqədə ittiham EDİLDİ
- Nyu York – Dehli reysi ilə uçan təyyarə təcili eniş ETDİ
- Polisə hücum etməkdə şübhəli bilinən şəxslər SAXLANILDI
Yonski həmçinin Navrotskinin cinayətkar aləmin və radikal qruplaşmaların nümayəndələri ilə guya əlaqələrinin olduğunu təsdiqləyən “Hüquq və Ədalət” partiyasının daxili hesabatına istinad edib.
Qeyd edək ki, Qdanskda yerləşən Vesterplatte abidəsi 1939-cu il sentyabrın 1-də İkinci Dünya müharibəsində ilk hərbi əməliyyatların başladığı əlamətdar yerdir.