AZ

Suriya ordusu Həmanın şimalında terror hücumunu dəf edib

Suriya ordusu Həma vilayətinin şimalında terror hücumunu dəf edib.

Qaziler.az bildirir ki, “RİA Novosti” bu barədə Suriyanın SANA agentliyinə istinadən xəbər verir.

“Suriya ərəb ordusu terror hücumunu dəf etməyə müvəffəq olub və Muhardi-Sqalbiya avtomobil yolunda yerləşən bütün yaşayış məntəqələrini azad edib”, - bəyanatda qeyd edilib.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Hücum zamanı silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.

Dekabrın 2-də Suriya Silahlı Qüvvələri Rusiya Aerokosmik Qüvvələri ilə birlikdə bir neçə saat ərzində 400-dən çox terrorçunu məhv edib.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr