AZ

Gürcüstan XTQ etirazçıları meydandan uzaqlaşdırmağa başladı

Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə etirazçıları parlament binasından uzaqlaşdırmağa başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.

Məlumata görə etirazçıları dağılışmağa səsləyən xəbərdarlıq sirenası səslənir. Xüsusi təyinatlılar Azadlıq meydanından Rustaveli prospekti istiqamətində hərəkətə keçib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına üç tərəfdən yaxınlaşaraq, onları yarımmühasirəyə alıblar. Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə edir.
Seçilən
16
4
bakupost.az

10Mənbələr