AZ

"AFB Bank" işçilər axtarır - VAKANSİYALAR

AFB Bank

Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis

Son tarix 02 yan 2025 - [email protected]

Satış strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Bank qanunvericiliyi bilikləri;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı;
  • Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik.

İşin təsviri:

  • Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
  • Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
  • Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə  çıxarılmasını təmin etmək;
  • Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
  • Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
  • Bankdaxili prosedurlara  uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər  üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
  • Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.

 

Sistem və şəbəkə üzrə aparıcı mütəxəssis

 Son tarix 02 yan 2025  - [email protected]

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
  • MS  Excel, Visio, Teams, Outlook, Putty, Secure CRT, MobaXterm üzrə yaxşı səviyyədə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • Müvafiq sahədə beynəlxalq sertifikatlar arzuolunandır;
  • Diqqətli və məsuliyyətli olmaq.

İşin təsviri:

  • Bankın şəbəkəsinin idarə olunmasını, təkmiləşdirmə işlərini və dəstəyini təmin edir;
  • Server avadanlıqları, sistemləri və şəbəkə avadanlıqları (router, switch və s.), təhlükəsizlik avadanlıqları (firewall və s.) quraşdırır və konfiqurasiya edir;
  • Bankda bütün istifadə olunan İT platformalara əməliyyatları üçün 24/7 iştəməyi təmin etmək;
  • Nutanix HCİ infrastruktur şəbəkəsinin idarə olunmasında iştirak edir və nəzarət edir;
  • Bankın korporativ şəbəkəyə aid İnformasiya təhlükəsizliyinin müraciətlərin uçotunu, bütün nasazlıqların ilkin təhlilini aparmaq və nəticələrinin daha dərindən təhlil edilməsi üçün İT rəhbərliyinə çatdırılmasını təmin edir;
  • Bankda şəbəkədə təhlükəsizlik xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin edir;
  • Bankda mövcud sistemlər üzrə təhlükəsizlik avadanlıqlarının daima işlək vəziyyətdə olmasını, onlara texniki xidmət göstərilməsini təmin edir;
  • Şəbəkə avadanlığı və informasiya təhlükəsizliyi avadanlıqlarında yeniləmələrin (updates, patches və s.) quraşdırır;
  • Bankın İP telefoniya sisteminin fasiləsiz işləkliyini təmin etmək üçün sistem administratorları ilə bir yerdə dəstək göstərir;
  • İnformasiya təhlükəsizliyinin şəbəkə və şəbəkə təhlükəsizliyi standartlarına əsasən yeni konfiqurasiyalar və mövcud konfiqurasiyalarda dəyişiklik və ya yenilik edir;
  • İT və Rəqəmsal sahəyə aid layihələrdə işçi qruplarda iştirak edir;
  • İT və İnformasiya təhlükəsizliyinin təlimatlara, siyasətlərə, prosedurla və qaydalarına əməl edir;
  • Şəbəkə və ona dair sistemlərivə proqramlarını İT və İnformasiya təhlükəsizlik təlimatlara, siyasətlərə, prosedur və qaydalarına uyğun olaraq informasiya təhlükəsizliyini həyata keçirir və əməl edir;
  • Texniki dəstək üzrə işçilərə sistem və şəbəkə yönümlü dəstək verilməsini təmin edir;
  • Bankın proqram təminatı üzrə işçiləri ilə bir yerdə planlanmış şəkildə Banka aid servislərin təhlükəsizlik standartlarına uyğun daxili və xarici istifadəsini  təmin edir;
  • Əsas və Ehtiyat mərkəzinin şəbəkə fasiləsizliyini təmin edir və daim nəzarətdə saxlayır;
  • Bankın daxili qaydaları ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirir və tələblərə riayət edir;
  • Direktorun və menecerin ona həvalə etdiyi digər işləri icra edir və onlara hesabat verir.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Sistem və şəbəkənin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.

 

Proqramlaşdırma üzrə aparıcı/baş mütəxəssis

 Son tarix 02 yan 2025  - [email protected]

IT strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • “Software Developer”, “Software Engineer” və ya digər rolu kimi təsdiq olunmuş ən azı 3-5 il iş təcrübəsi;
  • “Agile Development” və “Extreme programming” metodologiyaları ilə bilik və təcrübə olmalı;
  • Məlumat struktur (Data structures), Algoritm yaradilması, SQL bilikləri;
  • Testlə idarə olunan mühitdə proqram tərtibatı və inkişafı (software design and development)  ilə təcrübə olmalı;
  • Proqramlaşdırma dil bilgiləri (Java / C#, PL/SQL, PHP, Javascript,  və s. ) ;
  • SFDC framework, Apex, VisualForce bilik olmalı;
  • Git kod versiya vasitələrində bilik və təcrübə olmalı;
  • Sistem dizaynı (system design) və məlumat əlaqələri (data relationship) bilik olmalı;
  • JIRA/MS Excel/Visio/PowerPoint bilikləri.

İşin təsviri:

  • Yeni tətbiqi proqramlar, modulların işlənib hazırlanmasında iştirak edir.
  • Kod yazır və təhlil edir, prototiplər qurur, kodla bağlı problemləri (bottlenecks və s.) həll edir. 
  • Yeni tətbiq olunan proqramlarını test edib məlumat verir.
  • Problemləri həll etmək və təkmilləşdirilməli sahələri müəyyən etmək üçün məlumatları, prosesləri və kodları tərtib edir və təhlil edir.
  • Yeni program tətbiqində layihə gruplarda iştirak edir;
  • Yeni tətbiq olunmuş proqram üçün texniki sənədlərinin hazırlanmasında iştirak edir.
  • Mövcud kodun dəyişdirilməsinə nəzarət edir, kodun nəzərdən keçirilməsini aparır.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proqramlaşdırma üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.

 

Şəbəkənin idarə edilməsi üzrə aparıcı mütəxəssis

 Son tarix 02 yan 2025  - [email protected]

Department: İT strukturu

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
  • MS  Excel, Visio, Teams, Outlook, Putty, Secure CRT, MobaXterm üzrə yaxşı səviyyədə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • Müvafiq sahədə beynəlxalq sertifikatlar arzuolunandır;
  • Diqqətli və məsuliyyətli olmaq.

İşin təsviri:

  • Bankın şəbəkəsinin idarə olunmasını, təkmiləşdirmə işlərini və dəstəyini təmin edir;
  • Server avadanlıqları, sistemləri və şəbəkə avadanlıqları (router, switch və s.), təhlükəsizlik avadanlıqları (firewall və s.) quraşdırır və konfiqurasiya edir;
  • Bankda bütün istifadə olunan İT platformalara əməliyyatları üçün 24/7 iştəməyi təmin etmək;
  • Nutanix HCİ infrastruktur şəbəkəsinin idarə olunmasında iştirak edir və nəzarət edir;
  • Bankın korporativ şəbəkəyə aid İnformasiya təhlükəsizliyinin müraciətlərin uçotunu, bütün nasazlıqların ilkin təhlilini aparmaq və nəticələrinin daha dərindən təhlil edilməsi üçün İT rəhbərliyinə çatdırılmasını təmin edir;
  • Bankda şəbəkədə təhlükəsizlik xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin edir;
  • Bankda mövcud sistemlər üzrə təhlükəsizlik avadanlıqlarının daima işlək vəziyyətdə olmasını, onlara texniki xidmət göstərilməsini təmin edir;
  • Şəbəkə avadanlığı və informasiya təhlükəsizliyi avadanlıqlarında yeniləmələrin (updates, patches və s.) quraşdırır;
  • Bankın İP telefoniya sisteminin fasiləsiz işləkliyini təmin etmək üçün sistem administratorları ilə bir yerdə dəstək göstərir;
  • İnformasiya təhlükəsizliyinin şəbəkə və şəbəkə təhlükəsizliyi standartlarına əsasən yeni konfiqurasiyalar və mövcud konfiqurasiyalarda dəyişiklik və ya yenilik edir;
  • İT və Rəqəmsal sahəyə aid layihələrdə işçi qruplarda iştirak edir;
  • İT və İnformasiya təhlükəsizliyinin təlimatlara, siyasətlərə, prosedurla və qaydalarına əməl edir;
  • Şəbəkə və ona dair sistemlərivə proqramlarını İT və İnformasiya təhlükəsizlik təlimatlara, siyasətlərə, prosedur və qaydalarına uyğun olaraq informasiya təhlükəsizliyini həyata keçirir və əməl edir;
  • Texniki dəstək üzrə işçilərə sistem və şəbəkə yönümlü dəstək verilməsini təmin edir;
  • Bankın proqram təminatı üzrə işçiləri ilə bir yerdə planlanmış şəkildə Banka aid servislərin təhlükəsizlik standartlarına uyğun daxili və xarici istifadəsini  təmin edir;
  • Əsas və Ehtiyat mərkəzinin şəbəkə fasiləsizliyini təmin edir və daim nəzarətdə saxlayır;
  • Bankın daxili qaydaları ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirir və tələblərə riayət edir;
  • Direktorun və menecerin ona həvalə etdiyi digər işləri icra edir və onlara hesabat verir.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Şəbəkənin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş .

 

Ödəniş kartları üzrə baş mütəxəssis

 Son tarix 02 yan 2025  - [email protected]

Əməliyyatlar strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
  • Sahə üzrə sertifikatların olması üstünlükdür;
  • Beynəlxalq kart ödəniş sistemləri ilə iş təcrübəsi;
  • Normativ sənədləri bilmək.

İşin təsviri:

  • Yeni layihələr üzrə klirinq əməliyyatlarının aparılması, hesablaşmaların icrası, lazımi müxabirləşmələrin verilməsi;
  • Kart əməliyyatlarına nəzarət üçün risk monitorinq sisteminin qurulmasının təşkili və əməliyyatların nəzarətdə saxlanması;
  • Charge Back sorğuların araşdırılması, vəsaitlərin geri qaytarılmasına dair müvafiq instansiyalara müraciətlərin təmin olunması, müvafiq hallarda vəsaitin geri qaytarılmasına nəzarət;
  • VİSA və MaterCard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni layihələrin müəyyənləşdirilməsi və tətbiqi;
  • VİSA və MaterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması və sistemə daxil edilməsi;
  • E-commerce əməliyyatları üzrə müxabirləşmələrin verilməsi;
  • Gündəlik klirinq üzrə fərqlərin araşdırılması;
  • Azericard, VİSA və MasterCard üzrə hesab-fakturaların təhlili, icrası, klirinqin aparılması;
  • Layihələrin icrası əsasında klirinq əməliyyatlarının aparılması, üzləşmələrin aparılması, əməliyyatların təhlili;
  • Kart məhsuluna aid bütün biznes və bankdaxili proseslərin müəyyənləşdirilməsində və tətbiqində iştirak etmək;
  • Kartların sistemdə filiallar üzrə tanıdılması, kart qalıqlarına nəzarət.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Ödəniş kartları üzrə baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik

Seçilən
17
fed.az

1Mənbələr