"Xəzər dənizin suyun səviyyəsinin aşağı düşməsi məsələsi Rusiya, Qazaxıstan və Azərbaycan prezidentlərinin görüşlərində dəfələrlə müzakirə olunub".
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Vladimir Putin Gənc Alimlər Konqresinin iştirakçıları ilə görüşü zamanı danışıb.
Vladimir Putinin sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi problemi əvvəllər Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdə müzakirə olunub, bu yaxınlarda isə məsələ Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə söhbətdə qaldırılıb.
“Xəzərin dayazlaşması hər kəsi narahat edir. Əlbəttə ki, bundan açıq və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”, - Putin bildirib.
QAZİLER.AZ