AZ

Ötən illərdə diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamələr ləğv edilib

Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən bir qrup vətəndaşın 2021-2022-ci illərdə TKTA-ya təqdim etdiyi diplomların dövlət nümunəli olmadığı (saxta olduğu) aşkarlanmış və həmin diplomlar əsasında doqquz şəxsə təqdim edilmiş tanınmaya dair şəhadətnamələr qanunvericiliyə uyğun olaraq ləğv olunub.

Bu barədə "Azərbaycan müəllimi"nə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Ləğv olunmuş tanınmaya dair şəhadətnamələrin siyahısını təqdim edirik:

Şəhadətnamə №T027279 – İ026654T026798 – İ026193T027854 – İ027217T028221 – İ027569T025662 – İ025080T027784 – İ027147T028329 – İ027674T027642 – İ027011T027737 – İ027101

Məlum olduğu kimi, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

Agentlikdən Qaydaların 4-cü hissəsinə əsasən tanınma üçün təqdim olunan xarici ali təhsil sənədinin autentik (həqiqi) olması tanınmaya dair başlıca tələblərdəndir.

Seçilən
6
41
tehsil.biz

10Mənbələr