Rumıniyada keçirilən parlament seçkilərində həm Deputatlar Palatasında, həm də Senatda ən çox səs toplayan Sosial Demokrat Partiyası olub.
Məlumata əsasən, Deputatlar Palatasında 21,96 faiz səs, Rumınların Birliyi Alyansı 18,01 faiz və Milli Liberal Partiyası 13,2 faiz səs toplayıb. Ondan sonra Rumıniyanın Qurtuluşu İttifaqı (12,4 faiz), SOS Rumıniya (7,36 faiz), Gənc Xalq Partiyası (6,46 faiz) və Rumıniyada Macarların Demokratik İttifaqı (6,34 faiz) gəlir.
www.anews.az