Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Dəməşqin tələbi ilə bu gün Suriyadakı terror aktı ilə bağlı təcili iclas keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski öz teleqram kanalında məlumat verib.
“Görüş Amerika prezidentliyi tərəfindən dekabrın 3-də Nyu-York vaxtı ilə saat 15.00-a təyin edilib”, - o yazıb.
Diplomatın sözlərinə görə, Suriyanın tələbi Rusiya, Çin və Təhlükəsizlik Şurasının üzvü olan Afrika ölkələri tərəfindən dəstəklənib.