AZ

Müsəlman futbolçu kapitan sarğısından imtina edib

"İpsviç"in kapitanı Sem Morsi göy qurşağı rəngli kapitan sarğısını daşımaqdan imtina edib.

İdman.biz xəbər verir ki, o, dini baxışlarına görə bu addımı atıb.

Klubdan Morsinin müsəlman dininə etiqad etdiyi və onun qərarı anlayışla qarşılandığı bildirilib. 33 yaşlı misirli oyunçu "İpsviç"də bu addımı atan ilk oyunçu olub.

Qeyd edək ki, Morsi Vulverhempton şəhərində misir və ingilis cütlüyün ailəsində dünyaya gəlib. O, 2016-2023-cü illərdə Misir yığmasında çıxış edib.

İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr