Xəbər verdiyimiz kimi, Azad Suriya Ordusu (ASO) Tel-Rıfat şəhərinə nəzarəti ələ keçirərək, ərazini terrorçulardan təmizləyib.
Axar.az xəbər verir ki, məşhur türkiyəli jurnalist Fulya Öztürk sözügedən şəhərdən reportaj hazırlayıb.
O, ASO-nun artıq şəhərdə möhkəmləndiyini təsdiqləyib və strateji obyektlərə nəzarəti bərpa etdiyini bildirib.
Fulya həmçinin yerli sakinlərin sevincini izləyiciləri ilə də bölüşüb.