AZ

"Haval F7" Çin krossoverlərinin tez-tez rast gəlinən nasazlıqları açıqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Haval F7" və "Haval F7x" Çin krossoverlərində müəyyən nasazlıqlar aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Za rulyom" jurnalına istinadən məlumat yayılıb.
Rusiyalı avtomobil eksperti Sergey Zinovyev bildirib ki, zavod bir neçə geriçağırma kampaniyası keçirib:
"Şaxtalı havalarda bəzi avtomobillərdə sistemin hermetikliyi pozulub ki, bu da bir neçə halda maşınların öz-özünə alışmasına səbəb olub. Problemin aradan qaldırılması üçün yanacaq boruları dəyişdirilib".
Digər bir problem isə 2022-ci ilin dekabrından 2023-cü ilin dekabrına qədər istehsal edilən avtomobillərdə müşahidə olunub. Bu maşınlarda sürücü oturacağının altındakı naqil dəstəsinin birləşməsinə nəm düşməsi ehtimalı var idi ki, bu da birləşmənin əriməsinə səbəb ola biləcək qısaqapanmaya gətirib çıxara bilərdi.
Həmçinin, avtomobillərin 5-15 min kilometr məsafə qət etdikdən sonra əyləc disklərində titrəmə müşahidə olunur. Digər tez-tez rast gəlinən nasazlıq isə şinlərdəki təzyiq sensorlarının sıradan çıxmasıdır.
Seçilən
14
20
oxu.az

10Mənbələr