1996-cı ilin bu günündə ATƏT-in Lissabon (Portuqaliya) sammitində keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. Sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur.
Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi. Prezident Heydər Əliyev isə cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edildi.
Bəs, dekabrın 3-də dünyada daha hansı hadisələr baş verib?
1. 1918-ci ilin 3 dekabr tarixindә I Dünya Müharibәsindәn sonra Londonda keçirilәn Müttәfiqlik Konqresindә Almaniyanın müttәfiqlәrә müharibә tәzminatı ödәmәsi ilә bağlı qәrar qәbul edilib.
2. 1942-ci ilin 3 dekabr tarixindә Türkiyәnin Zonquldak şәhәrinin Ereqli qәsәbәsindә baş verәn mәdәn qәzası nәticәsindә 63 şaxtaçı hәlak olub.
3. 1959-cu ilin 3 dekabr tarixindә Kipr Türklәrinin lideri Fazıl Küçük prezident kömәkçisi vәzifәsinә tәyin edilib.
4. 3 dekabr 1967-ci ildə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində tibb tarixində ilk dəfə olaraq ürək köçürülməsi əməliyyatı aparılıb. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı gənc xanımın ürəyini 55 yaşlı xəstəyə köçürüb. Əməliyyat uğurla başa çatıb.
5. 1984-cü ilin 3 dekabr tarixindә Hindistanın Bhopal bölgәsindәki pestisit fabrikindә baş verәn faciә nәticәsindә 18 min adam hәlak olub.
6. 1989-cu ilin 3 dekabr tarixindә Maltada bir araya gәlәn ABŞ prezidenti Corc Buş vә SSSRİ-nin dövlәt başçısı Mixail Qorbaçov ‘‘Soyuq Müharibә’’nin sona çatdığını elan ediblәr.
7. 3 dekabr 1992-ci ildə Beynəlxalq Əlillər Günü təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində davamlı addımlar atılır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.
8. 2008-ci ilin bu günündə Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında “Bakı bəyannaməsi” qəbul olunub. İlk dəfə olaraq Bakı konfransında Avropa ilə yanaşı, müsəlman ölkələri də iştirak edib.
9. 3 dekabr 2013-cü ildə UNESCO Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın təqdim etdiyi nominasiya – “Çövkən, Qarabağın ənənəvi atüstü oyunu” təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınıb
Dekabrın 3-də bu şəxsiyyətlər xatırlanır:
1. 3 dekabr 1918-ci ildə aktyor, rejissor, teatr təşkilatçısı Əbülfət Vəli (1867-1918) vəfat edib.
2. 3 dekabr 1920-ci ildə şair, qəzəlxan Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 – 12.12.1999) anadan olub.
3. 3 dekabr 1937-ci ildə Əməkdar mədəniyyət işçisi, kinoşünas Natalya Şneyer (1937–2019) anadan olub.
4. 3 dekabr 1996-ci ildə Xalq artisti, görkəmli teatr və kino aktyoru Məlik Dadaşov (7.6.1924 – 1996) vəfat edib. Akademik Dram Teatrında çalışıb. Rus Dram Teatrının direktoru (1989-1991) olub.
5. 3 dekabr 2020-ci ildə Əməkdar rəssam Rafael Abbasov (28.11.1943 – 2020) vəfat edib. Portretlər, süjetli tablolar, Abşeron və Naxçıvanın təbiətini tərənnüm edən mənzərələrin müəllifidir.
Surxay Atakişiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta