Mişel Barnierin rəhbərlik etdiyi Fransa hökumətinə etimadsızlıq səsverməsi halında ölkədə prezident Emmanuel Makronun istefası məsələsi gündəmə gələcək.
Teleqraf.com xəbər verir ki, bu fikri "BFMTV" kanalının siyasi şərhçiləri bildirib.
“Kabinetin istefası Makronun istefası məsələsini gündəmə gətirə bilər. Bu məsələnin yaxın aylarda müzakirə olunacağı göz qabağındadır”, - nəşr yazır.
Hökumətin istefası ilə bağlı səsvermə dekabrın 4-nə təyin edilib. Etimadsızlıq səsverməsi artıq Marin Le Penin rəhbərlik etdiyi Milli Ralli partiyası, həmçinin France Unbowed və sosialistlər tərəfindən dəstəklənib. Ümumilikdə, onlar bu qərarı qəbul etmək üçün lazımi sayda səsi (577 səsdən minimum 289) alacaqlar.
Müəllif: Arzu